AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samux rayonunda "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-09-2023, 21:56

    Samux rayonunda "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib - FOTOLAR


    Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir.

    Sentyabrın 14-də Samux rayonu Çobanabdallı kəndində Çobanabdallıkənd tam orta məktəbdə 25 valideynə "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib. Təlim zamanı erkən nikah, qızların təhsildən yayınması, qohum və erkən nikahların fəsadları kimi məsələlərə toxunulub. Ötən il Birliyin həyata keçirdiyi "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsi çərçivəsində çəkilmiş "Mənim arzularım var" qısametrajlı film izlənilib. Daha sonra təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub.

    Qeyd edək ki, təlimdə mövzu ətrafında geniş müzakirələr aparılıb, valideynlər tərəfindən maraqla qarşılanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR