Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi “Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Oktyabrın 10-da Təşkilat layihə çərçivəsində növbəti tədbirini Qusar rayonunun ən ucqar kəndi Sudurda keçirib. Tədbir qarşılıqlı dialoq və müzakirələr şəklində keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.