Pedaqoji kollecin ailə və ev təhsili fakültəsini bitirənlər əvvəllər məktəbəqədər təhsil müəssisələrində işə qəbul olunsalar da, bu il bu şans onlardan yan keçib. Məzunlar Azadmedia.az-a bildirirlər ki, bu il onlar məktəbəqədər təhsil müəssisələrinə işəqəbul üçün elektron müraciət etsələr də, sistem onları qəbul etməyib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, fakültənin hansı zərurətdən yaranması ilə maraqlandıq. Sorğumuza cavab olaraq bildirdilər ki, fakültə xüsusi qayğıya ehtiyacı olan uşaqlara evdə təhsil verən kadrlar hazırlayır. İşə qəbulla bağlı sualımıza cavab olaraq bildirdilər ki, məzunlar
işə qəbul üçün regional təhsil idarələrinə müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.