AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Vaqif Xaçaturyanın işi üzrə növbəti məhkəmə

  • + A
  • - A
  • 17-10-2023, 11:08

    Bakıda Vaqif Xaçaturyanın işi üzrə növbəti məhkəmə

    Bakıda 1991-ci il dekabrın 22-də Ermənistanın qanunsuz silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

    Məhkəmə iclasında zərərçəkmişlər çıxış edəcək.

    İş üzrə 58 vətəndaş və Xocalı rayon icra hakimiyyəti zərərçəkmiş kimi tanınıb.

    Qeyd edək ki, Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də erməni hərbi birləşmələri tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların qətliamında iştirak etməkdə ittiham olunur. Nəticədə 27 azərbaycanlı qətlə yetirilib, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki kənd sakini girov götürülüb, 340 nəfər öz ev-eşiyindən didərgin düşüb. Ümumilikdə, kənd sakinlərinə 13 milyon 568,0 min manat, dövlətə isə 130,8 min manat məbləğində ziyan dəymişdir.

    İyulun 29-da Vaqif Xaçaturyan Ermənistana getmək istəyərkən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (əhalini deportasiya və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

    Sentyabrın 29-da cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR