Gülüstan sarayənda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir. Qurultayda açılış nitqi ilə çıxış edən Komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar xanım Muradova qonaqları salamlayaraq Qurultaya ünvanladığı təbrik məktubuna, qadınları ruhlandıran xoş sözlərinə və səmimi arzularına görə cənab Prezident İlham Əliyevə Qurultay iştirakçıları adından dərin təşəkkürünü bildirərək qarşıya qoyulan tapşırıqları və tövsiyələri ardıcıl şəkildə yerinə yetirəcəklərinə, ölkəmizin rifahı naminə səylərini daha da artıracaqlarına əmin etdi.
Qadınların ölkə həyatında tutduğu önəmli rola toxunan Komitə sədri qurultayda iştirak edən Şəhid analarını salamladı:
“Ana hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də “Ana Vətən” deyirik, torpağa da. Azərbaycan xaqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü analar yetişdirmişdir” deyirdi Ulu Öndərimiz. Məhz belə analarımızın dünyaya gətirib tərbiyələndirdiyi, vətənpərvər ruhda yetşdirdiyi, övladlar ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşdular, Vətən uğrunda canlarından keçdilər. Azərbaycan qadını da taleyinə yazılan “şəhid anası”, “şəhid xanımı”, “şəhid bacısı”, “şəhid qızı” kimi şərəfli adı qürurla daşıdığını bir daha nümayiş etdirməkdədir.
Bu gün dövlətimiz Vətənin keşiyində can verən hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını əsirgəmir.
Bu günkü qurultayda da onların bir qrupu iştirak edir.
Bir daha onlara öz hörmət və ehtiramımızı ifadə edir, Vətən üçün fədakarlıqları qarşısında baş əyirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.