AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır

  • + A
  • - A
  • 19-10-2023, 11:22


    Azərbaycan qadını ölkənin  ictimai-siyasi həyatında mühüm rol oynayır

    Bu gün ölkənin Birinci vitse-prezidenti yüksək inam, böyük bacarıq və siyasi səriştə ilə vəzifəsini məsuliyyətlə daşıyır. Həmçinin Parlament diplomatiyası və qanunverici orqana rəhbərliyin qadına həvalə olunması, ümumiyyətlə belə yüksək postlara qadınların təyin edilməsi onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricisidir.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
    Mehriban xanım Əliyevanın dövlət üçün xidmətlərini önə çəkən Komitə sədri qeyd edib ki, Azərbaycan qadınlarının lideri çox hörmətli Mehriban xanım Əliyeva Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi bu sahədə yorulmaq bilmədən çalışır:

    "O, həmçinin ölkədə və dünyada insanlara dəstək olur, böyük humanitar layihələrə imza atır, sivilizasiyalar və dinlərarası əlaqələrə töhfə verməklə Azərbaycan qadınının nüfuzunu yüksəklərə qaldırır.

    Bu prosesdə iştirak edən Azərbaycan qadını Zəfərimizin nəticələrinin möhkəmləndirilməsi, Qarabağda ədalətin bərpa olunması sahəsindəki dövlətimizin siyasi xəttini dəstəkləyir. Gəlin qəbul edək ki, dünyada sülh, təhükəsizlik, rifah və inkişaf naminə mübarizəyə böyük töhfələr verən, ədalətin qalib gələcəyinə inamı möhkəmləndirən də məhz belə qadınlardır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR