Türkiyə parlamentinin baş katibi Talip Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərində olub. Nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqlara şəhərin tarixi, işğal zamanı vəziyyəti, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən bərpa işləri barədə məlumat verilib.
Sonra Türkiyə parlamentinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Cıdır-düzündə Saatlı və Yuxarı Gövxar ağa məscidlərində olmuş, qala divarlarına baxmışlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.