AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisi

  • + A
  • - A
  • 24-10-2023, 11:26

    Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisi

    2023–2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 000 nəfərədək şagird və 4 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 000-ə yaxın məktəbli cəlb olunub.

    Layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir.

    Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir.

    2021–2022-ci tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçirilir. Dərs zamanı tələbələrə “Python”da alqoritmlər, verilənlərin strukturu, oyun dizaynı, veb-dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur.

    Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017–2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR