3 müxtəlif məktəblərdə təhsil alan 20 şagirdin məktəbdən uzaq məsafədə yerləşən dönərxanadan dönər alıb yeyib zəhərlənməsi suallar doğurmuşdu. Uzaq məsafədə təhsil alsalar da, eyni dönərxanaya üz tutmalarına səbəb onların həmin ərazidə repititor yanına getməsi olub.
Azadmedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov araşdırıb. K.Əsədov qeyd edir ki, Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 20 şagirdi dönərdən zəhərlənib. Ciddi hadisədir və ciddi şəkildə də araşdırma aparılır.
Amma məlum dönərin alındığı yer ilə məktəblər arasında məsafə çoxdur. Və hər bir məktəbin yaxınlığında dönərxana var.
Bir-birindən uzaq məsafədə yerləşən fərqli məktəblərin şagirdləri eyni yerdən niyə dönər alıb, bilərsiniz?
Çünki onlar eyni yerə hazırlığa gedirlər.
Bəli, bu gün bizim şagirdlər dərsdən çıxan kimi yolda ayaqüstü dönər, peraşki yeyib hazırlığa gedirlər, kursa gedirlər.
Ona görə ki, hazırlıq kursları, repititorlar dərslərini saat 14-00,15-00-a salırlar. Orta məktəblərdə də dərslər 13:00 - 13:30 aralığında bitir ki, şagirdlər dərsdən evə gedib yemək yeməyə, dincəlməyə vaxtı olmur.
Bu gün repititorluq həm maddi, həm fiziki olaraq şagirdlər üçün ağırdır.
Əlbəttə ki, repititorluq səbəb deyil, nəticədir. Çətin qəbul imtahanlarının, çətin dərsliklərin nəticəsində zərurət olaraq ortaya çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.