AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Üçbucaq” - “milli tərbiyə modeli” adlı layihənin yekun tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 26-10-2023, 19:41

    “Üçbucaq” - “milli tərbiyə modeli” adlı layihənin yekun tədbiri keçirilib - FOTOLAR

    26 oktyabr 2023-cü il tarixdə Astarada Mərkəzi Kitabxanada “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin “Üçbucaq” - “milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu adlı layihəsinin yekun tədbiri həyata keçirilib.

    Birlikdən verilən məlumata görə, lyihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Rayon icra hakimiyyətinin, müxtəlif ailə nümayəndələrinin, valideynlərin, müəllimlərin iştirak etdiyi tədbirdə layihənin rəhbəri, AVMA İB icraçı direktoru Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, milli tərbiyə modelinin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib, valideynlərin suallarını cavablandırıb: “Əvvəllər yaşlı nəsildən milli mənəvi dəyərlər, adət-ənənələr gənc nəsilə ötürülür və ailələrin dayanıqlığı təmin olunub. Lakin indi müasir gənc ailələrdə gənc valideynlər uşaqları necə tərbiyə etmək lazım olduğunu bilmirlər, bunun üçün bir ortaq tərbiyə nümunəsi, modeli qurulmayıb, tərbiyə haqqında Qanun yoxdur. Təlim-tədrisdə təlimə üstünlük verilir, tərbiyə arxa planda qalır. Bu istiqamətdə ciddi tədqiqatlara, dövlət proqramına, qanunvericilik təşəbbüslərinə ehtiyac vardır”.

    Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğulayıblar. İştirakçılar milli tərbiyə modelinin qurulması, valideynlərin-müəllimlərin-uşaqların bu mövzuda əməkdaşlığına dair öz təkliflərini, təcrübələrini bölüşüblər.

    4 ay müddətində 9 rayonda - Mingəçevir, Qəbələ, İsmayıllı, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara, Quba rayonlarını əhatə etməklə “milli tərbiyə modeli”ni formalaşdırılması üçün ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunu artırmaq mövzusunda yerli sakinlərlə, valideynlərlə maarifləndirmə görüşlərinin təşkili nəzərdə tutulur.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR