Oktyabrın 16-da "Startap layihələrə sosial-iqtisadi dəstək" ictimai birliyi tərəfindən “Region məktəblilərinin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi" layihəsinin Tərtər rayonunda açılış tədbiri baş tutub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutan tədbir Tərtər rayon 1 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.
Layihənin rəhbəri "Startap layihələrə sosial-iqtisadi dəstək" ictimai birliyinin sədri Təranə Vəliyeva öz çıxışında layihənin məqsəd və vəzifələri, mövzunun aktuallığı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Təşkilat sədri qeyd edib ki, layihənin məqsədi gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarətdir.
Daha sonra layihə rəhbəri Anar Vəliyev və psixoloq Vüsalə Əmiraslanova tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş komandanın dəmir yumruq əməliyyatının uğurla həyata keçirilməsindən, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığından bəhs etdilər.
Qeyd edək ki, tədbirlər 16-17 oktyabr tarixlərində baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.