AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADMİU nəzdində Humanitar Kollec "Zəfər günü"nü təntənəli qeyd edib

  • + A
  • - A
  • 8-11-2023, 13:50

    ADMİU nəzdində Humanitar Kollec "Zəfər günü"nü təntənəli qeyd edib

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 8 noyabr "Zəfər günü"nə həsr olunmuş tədbir keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən 3 il ötür .
    ADMİU nəzdində Humanitar Kollec hər il olduğu kimi,bu ildə "Zəfər günü"nü təntənəli qeyd edib.

    Ənənəvi olaraq tədbirdən öncə şəhid ailələri, kollecin qazi tələbələri ilə birgə kollecin girişində şəhidlərimizin lövhələri önünə gül dəstələri qoyulub, qəhrəmanlarımız yad edilib.
    Kollecin girişində Dekorativ tətbiqi sənət ixtisası üzrə təhsil alan ll,lll və lV kurs tələbələrinin Zəfərə həsr olunmuş kompozisiyaları sərgilənib.

    Tədbir kollecin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik ehtiram sükutu ilə yad edilib.
    Tədbir iki hissədən ibarət olub.Rəsmi hissədə kollecin direktoru, dosent Nərmin xanım Qaralova şəhid ailələrini, qonaqları, eləcə də kollecin müəllim və tələbə heyətini salamlayaraq tədbiri açıq elan edib.Şəhidlərin əziz xatirəsini yad edən direktor 44 günlük müharibədən , şanlı zəfərimizdən bəhs edib. Daha sonra kollecin müəllimi Leyla Hüseynovanın "Könlüm keçir Qarabağdan..." adlı kitabının təqdimatı keçirilib. Müəllif də çıxış edərək kitabı haqqında ətraflı məlumat verib. Millət Vəkili Aqil Abbas öz çıxışında qeyd edib ki, " Şuşa şəhəri haqqında yazmaqla bitməz ...Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəni incisidir..."
    Çıxış edənlərlə yanaşı, tədbirdə şəhid ailələri, qazilər, həmçinin Azərbaycan Respublikasının Xalq artistiləri Zamiq Əliyev və Vamiq Məmmədəliyev, Azərbaycan Respublikasının Əməkdar artistlər Azad Şükürov , Ağalar Bayramov və Qoçaq Əsgərov,YAP Binəqədi rayon təşkilatı sədrinin müavini Sevinc Abdullayeva,Hacı Nuran Hüseynov, Azərbaycanın əməkdar incəsənət xadimi və ADMİU-nun "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasının müdiri Əli Əmirli, Əməkdar müəllim və ADMİU-nun "Estrada"kafedrasının müdiri Məryəm Babayeva , kollecin müəllim və tələbə heyəti də iştirak ediblər.


    Tədbirin bədii hissəsində kollecin Xalq Çalğı Alətləri ansamblının müşaiyətində bir birindən gözəl müsiqi nömrələri ifa olunub.
    Konsert proqramında kollecimizin müəllimi, Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Fərid Atazadə "Lay lay"(F.Əmirov), Rübabə Əkbərova "El yolunda " (Ə. Tağıyev , H. Baxış ), Amin Bayramovun "Ey vətən" (E.İbrahimova,A.Abdullayev),Yaqut Xəlilzadə və Xədicə İsmixanova "Azerbaycan"( A.Səlimov,M.Nağıyev),İlkin Hüseynov (gitara) müşaiyətində Sevda Əşrəfova ,İsmayıl Hüseynov , "Torpağın səsi" (H.Abdullayev), Zəhra Əliyeva " Gözəl Azərbaycan" ( A.Əliyeva, V.Əziz), İsmayıl Hüseynov "Azərbaycan" (E.Sabitoğlu, B.Vahabzadə), Lalə Qafarova (violin)və tələbələri Əliyeva Solmaz, Şahbalayeva Jalə, Şükürov Tacir, Fərəcli Elvira, Zeynalova Humay, İlahə Salamzadə (fortepiano) müşaiyətində Zaur Əzimli "Azərbaycan" (M.Maqomayev,B.Vahabzadə),Sevda Əşrəfova "Mənim Azərbaycanım" (Ə.Məmmədov, R.Kərimli), kollecin aşıqlar ansamblı "Arazgülü" ,Yaqut Xəlilzadə,Xədicə İsmixanova,Zaur Əzimli "Yaşa ,yaşa Azərbaycan "(R.Məmmədov, C.Qurbanov) əsərlərini səsləndiriblər.
    Konsert proqramı qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılanıb.
    Tədbirin sonunda Azərbaycan Respublikasının Xalq artistləri Zamiq Əliyev və Vamiq Məmmədəliyev tədbir haqqında xoş sözlərini ifade edib. Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov çıxış edərək, Şəhidlərimizi yad edib və qeyd edib ki,bu gün məhz onların sayəsində Zəfərimizin üçüncü ildönümünü qeyd edirik.
    Qeyd edək ki, tədbirin foto çəkilişin "Kinooperator sənəti" ixtisası tələbələri edib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR