Son günlər ölkədə qızılcaya yoluxanların sayı kəskin artıb
Rəsmi rəqəmlərə görə 2020-2022-ci illərdə ölkədə cəmi üç qızılca diaqnozu qeydə alınmışdı. Ancaq, son bir neçə gün ərzində çıxan xəbərlərdən məlum olur ki, son günlər Zaqatalada 64, Kürdəmirdə 60 qızılca faktı qeydə alınıb.
Rəsmi açıqlamada qızılcaya yoluxmanın əsasən peyvənd olmayan uşaqlar arasında yayıldığı deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.