Ağdaş rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Kərimov Çərkəzin valideynləri fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması ilə bağlı SOCAR-ın “Azəriqaz” İB-yə müraicət ünvanlayıblar. Ünvanlanan müraciətlə bağlı Birlik tərəfindən dərhal reaksiya verilib. Qazi Kərimov Çərkəzin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq qapı keçidi quraşdırılıb. Azadmedia.az daha ətraflı video materialda təqdim edir: