AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "İdman elmlərinin inkişafında müasir tendensiyalar" mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

  • + A
  • - A
  • 30-11-2023, 21:30

    Bakıda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "İdman elmlərinin inkişafında müasir tendensiyalar" mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

    30 noyabr - 1 dekabr 2023-cü il tarixlərində Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçiriləcək II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
    Konfransın əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaqdır.
    Konfransın açılışında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev çıxış ediblər. Tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli addım olduğunu vurğulayan natiqlər konfransın işinə uğurlar arzulayıblar.
    Qeyd edək ki, konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universitetinin (UCL), London İmperial Kollecinin, Portsmouth Universitetinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin ASAPES-in də tədris prosesinə cəlb edilmiş professor heyəti iştirak edir.
    Maykl Pol Luzmor, Paulina Mariya Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Gibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər ediblər.
    Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələrlə davam edib.
    Konfrans 1 dekabr tarixində idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR