AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN-dən Qəbələdə baş verən insidentlə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 3-12-2023, 21:15

    DİN-dən Qəbələdə baş verən insidentlə bağlı AÇIQLAMA

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib:


    Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

    O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

    Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

    Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR