AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Google”dan Azərbaycan üçün ARZULANAN JEST

  • + A
  • - A
  • 5-12-2023, 23:19

    “Google”dan Azərbaycan üçün ARZULANAN JEST


    Mətbuatda “Google” şirkətinin Kanadanın informasiya resurlarından istifadə üçün həmin ölkəyə illik 74 milyon dollar ödəyəcəyinə dair anlaşmanın ilə bağlı xəbərlər yayılıb. Bu addım internet mediasına nə vəd edir? Mütəxəssislər nə deyir?
    "Belə bir addımın internet medianın inkişafına təkan verəcəyi şübhə doğurmur".
    Azadmedia.az xəbər verir ki, bu fikirləri “Google” şirkətinin Kanadanın informasiya resurlarından istifadə üçün həmin ölkəyə illik 74 milyon dollar ödəyəcəyinə dair anlaşmanın uyğun presedent yaratmaq ehtimalını dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, sosial şəbəkələr və xarici saytlar medianın reklam bazarını tamamilə “udub” və mediamız uzun illərdir, bu problemi çözə bilmir:

    “Düşünürəm ki, eyni problem ölkəmizdə də mövcuddur. Jurnalistlərimiz təkcə özləri ilə deyil, həm də milyard dollarlıq büdcəsi olan dünya nəhəngləri ilə mübarizə aparır.

    Belə bir durumda reklam əldə etmək, oxucu kütləsini genişləndirmək, sosial mediadan asılılığı azaltmaq və bunları etik dəyərlərə, jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə uyğun şəkildə gerçəkləşdirmək böyük qəhrəmanlıqdır.

    “Google” şirkətinin gələcəkdə Azərbaycana da bu yöndə ödəniş etməsi gündəmə gələ bilər. Belə bir addımın internet medianın inkişafına təkan verəcəyi şübhə doğurmur.

    Çünki “Google” və sosial şəbəkələr demək olar, dünyanın bütün ölkələrində xəbər saytlarını üstələyib. Ancaq məsələnin ilginc tərəfi ondan ibarətdir ki, həmin resurslar bu üstünlüyü məhz saytların materialları hesabına əldə ediblər. O baxımdan, Azərbaycana münasibətdə də belə bir addımın atılması yaxşı olardı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR