Məişət zorakılığı bütün dövrlərdə olub və olacaq. Azadmedia.az xəbər verir ki, bu sözləri "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda "Məişət zorakılığının zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları"na həsr edilmiş panel müzakirədə Konstitutsiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev deyib. Məişət zorakılığına məruz qalan qadınların mühafizəsindən danışan C.Qaracayev qısamüddətli mühafizə orderinin verilmə səlahiyyətlərinin polis orqanlarından alınıb icra hakimiyyətlərinə verilməsini uğurlu keçid hesab etməyib və qeyd edib ki, qısamüddətli mühafizə orderlərini hüquq-mühafizə orqanları verərkən, statistika daha qənaətbəxş idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.