AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə naziri Şabranda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 7-12-2023, 17:19

    Ədliyyə naziri Şabranda vətəndaşları qəbul edib

    Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
    Dekabrın 7-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Şabran rayonunda Şabran, Xaçmaz, Siyəzən və digər rayonlardan olan vətəndaşların qəbulu keçirilib.
    Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
    Qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib.
    Bölgə sakinləri ilə görüş zamanı həmçinin, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar əsasında qurulması, insanlara layiqli xidmət göstərilməsi, müraciətlərə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığı vurğulanıb.
    Vətəndaşlar onların müraciətlərin qayğı ilə yanaşılmasına və yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
    Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
    Keçirilən görüşlərdə Ulu Öndərin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli”ndə Ümummilli Liderin zəngin irsinə həsr olunan çoxşaxəli tədbirlərin keçirildiyi bildirilib. Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasına uyğun olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası qeyd olunub, müasir çağırışlara uyğun həyata keçirilən ədliyyə və məhkəmə islahatlarına toxunularaq qarşıda duran vəzifələr diqqətə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR