Millət vəkili Etibar Əliyev şəxsi sosial media hesabında ixtisası müəllim olan Vətən Müharibəsi iştirakçısını xadimə işinə götürən Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimli barədə maraqlı fakt açıqlayıb. Deputatın sözügedən yazısını təqdim edirik:
"Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunub.
Bəs Vətən müharibəsi iştirakçısını bu vəzifəyə təyin edən Sənan Mənsimlinin ixtisası nədir? Sənan Məsimli Azərbaycan Texniki Universitetini bitirib və Salyan-Şirvan Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə təyinatdan əvvəl Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsində işləyib. Günümüzün reallığı budur...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.