Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı keçirib.
Azadmedia.az-ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə Z.Əliyev bildirib ki, bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.