AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ən çox müraciət edilən xəstəliklər açıqlandı

  • + A
  • - A
  • 14-12-2023, 11:20

    Ən çox müraciət edilən xəstəliklər açıqlandı

    Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı keçirib.
    Azadmedia.az-ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə Z.Əliyev bildirib ki, ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur. Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləridir.
    Agentlik sədri qeyd edib ki, cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR