“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 20 dekabr 2023-cü il tarixində Maştağa qəsəbəsi Cavid Nurməmmədov adına 108 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimatını keçirib.
Layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir: "Layihənin icrasına Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 tam orta məktəbin kontinqenti sirasından könüllülük prinsipi əsasında qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar. 20 dekabr 2023-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi C.Nurməmmədov adına 108 № li tam orta məktəbdə, elektron lövhə və proyektorla təchiz olunmuş və xüsusi səliqə yaradılmış sinifdə, layihənin təqdimatı keçirilib".
Qeyd edək ki, masaların üstündə məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş kitablar, şagirdlərin əl işləri, xüsusi dizayn ilə hazırlanmış və işıqlandırılmış ”100 il “ stendi sərgilənir,” Oriqami” təşkilatının, layihə çərçivəsində hazırladığı loqolu dəftərxana ləvazimatı, çap məhsulları və istehlak malları nümayiş etdirilirdi.
Tədbiri, giriş sözü ilə, C.Nurməmmədov adına 108 № li tam orta məktəbin direktoru Məmmədzadə Nəriman açdı. O, iştirakçılara Ümummili Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərindən danışdı. Sonra sözü layihənin rəhbəri Namiq Nəcəfova verdi.O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Sərəncamı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov təqdimat iştirakçılarına Ulu Öndərin həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən danışdı.
Təqdimat zamanı C.Nurməmmədov adına 108 № li tam orta məktəbin şagirdləri Əliyeva Mələkxanım -“Ulu bir Sərkərdə-Ulu bir Öndər”, Əliyev İsgəndər- “Vətən oğlu”, Vəliyeva Tohfə - “Eleqiya” Qəribova Ceyhunə -“Ulu Öndər “ şeirlərini söylədilər. Şagirdlərin çıxışları dəfələrlə alqışlandı. Təqdimatda laborant Aytən Növruzovanın internet resursundan əldə etdiyi Heydər Əliyeva həsr olunmuş video çarxın nümayişi iştirakçıların böyük marağına səbəb oldu.
Layihə rəhbəri N.Nəcəfov təqdimatda fəal iştirakına görə şagirdlərə təhsildə uğurlar arzuladı. Təqdimatın nümunəvi təşkilinə görə pedaqoji kollektivin üzvləri G.Əliyevaya, Ş.Rzayevaya,,uşaqların sinifdənxaric tərbiyəsi üzrə təşkilatçı İ.Quliyevaya, UBTR A.Pənahovaya təşəkkürünü bildirdi.