İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiya göndərəcək. Bu barədə İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.
Məktubda qeyd olunur ki, İSESKO mədəni, tarixi və dini irsin vəziyyətini qiymətləndirmək və üzv dövlətlərə və digər maraqlı tərəflərə təqdim etmək üçün hesabat hazırlamaq üçün işğaldan azad edilmiş Azərbaycan Respublikasının ərazilərinə ikinci beynəlxalq texniki missiyanın təşkili üzərində işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.