Dövlət Statistika Komitəsi Azərbaycanın bəzi şəhərlərində ictimai nəqliyyata rahat çıxış imkanları ilə bağlı göstəriciləri açıqlayıb.
İctimai nəqliyyata çıxış o halda rahat hesab olunur ki, ev, məktəb, iş yeri kimi obyektlərlə avtobus dayanacaqları arasındakı məsafə 500 metrdən çox olmasın. Azadmedia.az şəhərlər üzrə göstəriciləri təqdim edir. Qərarı siz verin, ictimai nəqliyyat əlçatandırmı?
1. Şəki – 89%
2. Mingəçevir – 84%
3. Gəncə - 83%
4. Bakı – 80%
5. Lənkəran – 76%
6. Şirvan – 66%
7. Sumqayıt – 50%
8. Yevlax – 36%
Statistikadan da gprünür ki, Yevlaxda yaşayanların 64, Sumqayıtda yaşayanların 50, Bakıda yaşayanların 20 faizi dayanacağa çatmaq üçün 500 metrdən çox yol getməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.