Ağdamda təhlükəli yollar salınır. Qarabağı niyə bu günə qoyurlar?
⠀
AAYDA agentliyi bərpa olunan Ağdam şəhərində fotodakı “sənət əsəri”ni yaradıb.
⠀Bu qurumun müasir insanyönümlü prinsipə ilə sanki düşmənçiliyi var.
⠀ Hələ 4 zolaq üzərindən nizamlanmayan piyada keçidi təşkil ediblər ki, hansı ki çox təhlükəlidir və gələcəkdə burada piyada ölümlərinə gətirib çıxaracaq.
⠀
Çox heyif, Ağdam şəhərini güya müasir etmək istəyirdilər, bəh-bəhlə təqdim etmişdilər, nəticədə isə yenə də keçən əsrin səhvləri.
⠀ Xatırladaq ki, AAYDA ən çox dövlət büdcəsindən pul alan qurumdur, milyardlar ayrılır.
⠀
Bu pula müasir düşüncəli bir mütəxəssis tapmaq bu qədər çətindir? Mövzu genişdi. AAYDA-ya sözügedən məsələ ilə bağlı sorğu yollayıb, məqalədə sözügedən məsələlərə ekspert rəyləri alacağıq. Azadmedia.az-ı izləyin.
Məqalədə Çəpəki teleqram kanalında gedən məlumatdan istifadə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.