Yeni Klinikada şah damar - aorta əməliyyatı aparılıb. 2 gündə 4 xəstə bu əməliyyatdan faydalanıb. Xəstələrin vəziyyəti normaldır, əməliyyat uğurla icra olunub. Bahalı əməliyyatlardan sayılsa da, xərclər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.
Bu Azərbaycan səhiyyəsinin, Azərbaycan həkiminin uğurudur. Azərbaycan vətəndaşları üçün bu şəraiti yaradan cənab Prezidentimiz İlham Əliyevdir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Yeni Klinikanın direktoru
Barat Yusubov ilin sonu ilə bağlı media nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Əvvəllər bu əməliyyat açıq aparılırdısa, invaziv radiologiyanın ölkədə inkişafı nəticəsində heç bir kəski aparılmadan aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.