AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə ordusu İraqda antiterror əməliyyatı keçirdi

  • + A
  • - A
  • 31-12-2023, 17:30

    Türkiyə ordusu İraqda antiterror əməliyyatı keçirdi

    İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı PKK-çı Renas Derik kod adlı Cəmil Akar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.

    Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və PKK/KCK-nın Xüsusi Qüvvələr adlanan strukturunda fəaliyyət göstərib.

    Qeyd edək, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR