AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çingiz Qənizadə: “Ermənistanda faşizm ideologiyası təbliğ olunur”

  • + A
  • - A
  • 3-01-2024, 13:08

    Çingiz Qənizadə: “Ermənistanda faşizm ideologiyası təbliğ olunur”

    Yanvarın 2-də Ermənistanın paytaxtı İrəvanda ucladılan faşist Qaregin Njdenin heykəli önünə toplaşan ermənilər əllərində bayraq tutaraq ona sevgilərini ifadə ediblər. Bu da Ermənistanda faşizm ideologiyasının təbliğ olunduğunun göstəricisidir.
    Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AzadMedia.az-a açıqlamasında bu cür halın çox pis tendensiya olduğunu deyib:
    “Cəllad Qaregin Njde Ermənistanda qəhrəman kimi qarşılanır. Ermənistanin müəyyən təbəqəsi onu qəlblərində sevgi ilə yaşadır. Halbuki o, düşmən tərəflə işbirliyi quraraq günahsız insanları qətlə yetirib. Bir sözlə, xəyanətkar mövqe nümayiş etdirib. Bu gün Ermənistanda vaxtilə ikinci dünya müharibəsi zamanı həm də Ermənistandan olan yüzminlərlə erməni soydaşınin ruhuna zidd siyasətin nəticəsini görürük. Necə ola bilər ki, yüzminlərlə insan faşist Almaniyasına qarşı və bir nəfər xəyanətkar SSRİ-yə qarşı vuruşub?! Sualın cavabı isə budur. Ermənistanda belə bir cəllada heykəl qoyulur. Onun adının yaşadılması üçün müəyyən şərait yaradılır”.
    Ekspertin sözlərinə görə, Ermənistanin ictimai siyasi həyatında, eləcə də, gənclərin qəlbində bu cür xəyanətkar və sülhə qarşı çıxmış, faşist ideologiyasına xidmət etmiş bir adama xüsusi simpatiya var:
    “Diqqət edin. Onun doğum günü qeyd olunur. Heykəli ətrafında toplaşırlar. Əslində, bu da erməni ictimaiyyətinin, Ermənistan gəncliyinin iç üzüdür. Bu ideyanın daşıyıcılarının olmasi təəssüf doğurur. Hesab edirəm ki, bu cür hallar vaxtilə faşizmə qarşı vuruşan hər bir dövlətin etirazına səbəb olmalıdır. Belə xəyanətkara necə şərait yaradila bilər?! Bu, Ermənistanın çirkin görüntüsüdür. Çünki Ermənistan heç zaman sülhə xidmət edən addımlar atmayıb. Özgə torpaqlarını işğal edən, dağıdan və məhv edən ideologiyanin daşıyıcısı olub. Ona görə də öz gənclərini də faşist ideologiyası altında böyüdüb tərbiyə edir. Bu cür hallar qınanmalıdır. Bu, faşizmə qarşı vuruşan insanların ruhuna ən böyük zərbədir. Mənim də hər iki babam faşist Almaniyasına qarşı vuruşaraq həlak olub"
    XƏLİL XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR