AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZAL-ın Bakıdan Naxçıvana uçacaq təyyarəsi 3 saat gecikəcək - Xəbərdarlıq edilməyib - NARAZILIQ

  • + A
  • - A
  • 6-01-2024, 22:23

    AZAL-ın Bakıdan Naxçıvana uçacaq təyyarəsi 3 saat gecikəcək - Xəbərdarlıq edilməyib - NARAZILIQ

    Jurnalist dostlardan xahiş edirəm ki, məlumatı paylaşaraq dəstək olsunlar.

    AZAL Azərbaycan vətəndaşlarını təhqir edir, onları heç it yerinə qoymur.
    Azadmedia.az xəbər verir ki, bu sözləri jurnalist Çingiz Səfərli sosial media hesabında yazıb.
    Jurnalist daha sonra onu narazı salan səbəbi yazıb:
    "Bu gün AZAL-ın Bakıdan Naxçıvana uçacaq J2 267 səfər saylı təyyarəsi 22:20-də uçmalı olsa da, gecikmə baş verdiyindən uçuş 01:10-a təxirə salınıb. Hava şəraiti ilə əlaqədar, müxtəlif səbəbdən gecikmə ola bilər, bu, normaldır, amma normal bir aviaşirkət bilet satdığı müştəriləri öncədən bu barədə məlumatlandırmalı idi. Bir təyyarə adam əsəb, stress keçirərək nə üçün 3-5 saat gözləməlidir?

    Qeydiyyat 2 saat əvvəl başladığından hazırda 100-dən çox indan burada gözləyir.

    Qeyd edim ki, bilet satışı həyata keçirilən zaman həm mobil nömrə, həm də mail adresi götürülür. Necə olur ki, müştəri reysə gecikən zaman biletin pulu geri qaytarılmır, pul batır, amma gecikmə olanda AZAL vətəndaşlardan nəinki üzr istəyir, "biz nə edə bilərik, gecikmədir, bəzən olur" cavabı verilir?! İndi 100-200 adama vurulan mənəvi zərbənin təzminatını kim ödəməlidir?!

    Heydər Əliyev adına Hava Limanının məlumat mərkəzinə yaxınlaşıram kassaya, kassaya yaxınlaşıram *8880 qaynar xəttinə, onlara zəng edirəm yenidən aeroportun növbə rəisinə yönləndirirlər. AZAL-ın qaynar xəttindən də 19:00-dan sonra zənglərə cavab verilmir, yerli xəttlərlə bağlı problemləri də beynəlxalq xəttin operatoruna yönləndirirlər.

    Bu şirkətin bir yiyəsi varmı?!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR