Crocus City Hall-da baş verən terror aktından sonra beşinci gündə Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yanğının nəticələrini tamamilə aradan qaldırıb və dağıntıların təmizlənməsini başa çatdırıblar. TASS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bundan sonrakı işlər mexanikləşdirilmiş şəkildə mühəndis avadanlıqlarından istifadə edilməklə aparılacaq.
Xilasedicilər ümumilikdə 900 kubmetrdən çox dağılmış tikililəri sökərək çıxarıblar. Onlar xüsusi robot sistemləri vasitəsilə dağıntıları tədqiq ediblər. Bu işdə “Tsentrospas” dəstəsinin və “Lider” mərkəzinin kinoloji dəstələri iştirak edirdi. "Ağır texnika işə başlamazdan əvvəl xilasedicilər konstruksiyaları əl ilə kəsib sökdülər", - Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Xilasetmə əməliyyatlarına ümumilikdə 1 mindən çox insan və 300-dən çox texnika cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.