Keçmiş məcburi köçkünlərin bərpa edilmiş Şuşa şəhərinə qayıtması davam edir. Mayın 14-də Bakının Qaradağ rayonundan qayıdan vətəndaşların daha bir qrupu Şuşa şəhərinə göndərilib. Bu mərhələdə daha 38 ailə - 136 nəfər Şuşa şəhərinə qayıdır.
Xatırladaq ki, bu günədək Şuşa şəhərində 58 ailə, yəni 224 nəfər daimi yaşayış yeri ilə təmin olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.