AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İTS sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub

  • + A
  • - A
  • 17-05-2024, 14:07

    İTS sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub

    İTS sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub. Azadmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna təşkil edilən media-tur zamanı Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev bildirib.
    RMX-nın direktoru media-tur iştirakçılarına icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. A. Kəlbiyev bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub: “360 çarpayılıq xəstəxanada Poliklinika, Radiologiya, Fizioterapiya, Cərrahiyyə, Urologiya, Reanimasiya, Təcili Yardım, Terapiya, Laboratoriya, Hemodializ, İnvaziv kardiologiya və digər şöbələr fəaliyyət göstərir. RMX-nın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim/tibb məntəqəsi əhaliyə xidmət göstərir”. Onun sözlərinə görə, əsaslı yenidənqurma işləri aparılaraq, 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada Doğum, Hamiləliyin patologiyası, Cərrahiyyə, Neonatologiya və digər şöbələr fəaliyyətə başlayıb. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR