AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çörəyi yalan, bəd, aldadıcı xəbərlərdən çıxanlar

  • + A
  • - A
  • 24-05-2024, 09:07

    Çörəyi yalan, bəd, aldadıcı xəbərlərdən çıxanlar

    Son dövrlər sosial şəbəkələrdə qəribə, iyrənc tendensiya yayılıb. Demək olar ki, dövlətdən maliyyə dəstəyi alan, almayan media subyektlərində və onlara məxsus üzv sayı çox olan səhifələrdə xəbərlər yalnız neqativə yüklənib. Faciəli tərəfi budur ki, Afrika qəbiləsində olmuş bir hadisəni də aldadıcı başlıqla ölkədə baş veribmiş kimi sırıyırlar, "şok", "dəhşət", "təcili" sözünü qaraldıb, arxasına nidalar düzüb zorla oxucunun mütaliəsinə soxulmağa çalışırlar. Təəssüf. Media ənənələri yerlə bir edilir. Əvvəllər oxucular yazını aktuallığına, marağına görə oxuyardı. İndi yazıların oxunması heç kimin marağında deyil. İndi İP yığmalı, nəyin bahasına olursa-olsun baxış sayı artırmalısan. Dövlətdən maliyyə dəstəyi alan media subyektlərinin də digər saytlar kimi aldadıcı botlardan istifadə etməsi xəbərinə az rast gəlməmişik. Bu isə mediaya inamsızlığı daha da artırır, onun çəkisini yerlə bir edir. Üz tuturlar blogerlərə və onların təqdimatında xəbərlərə.
    Aldadıcı, şoklu-moklu təqdim edilən yazılara gələn rəyləri oxumaq kifayət edir, insanların söyüşlərini, təhqirlərini görməyə, media subyektlərini, səhifələrini necə aşağılamalarına.
    Mütləq insanlar səhər açılan kimi sizin iyrənc başlıqlı xəbərlərinizi oxumağa məcburdur?
    Hələ çoxları həyasızcasına biraz da irəli gedərək mənasız yazıları @hərkəs həştəqi ilə paylaşıb yeri gəldi-gəlmədi hamımızın menyusuna sırıyır.
    Medianın İnkişafı Agentliyi və dövlət qurumları jurnalistlərin ixtisaslaşması üçün təlimlərə başlayıb. Bu, təqdirəlayiqdir.
    İnanmaq istəyirəm ki, tezliklə jurnalistika prinsiplərinə yad ünsürlər barəsində genişmiqyaslı tədbirlər başlayacaq.
    Bu səhəri jurnalist, qurumlardan birinin mətbuat xidmətinin rəhbəri Fəridə xanımın haqlı iradlı yazısına rast gəldim.
    Sonda sözügedən yazını da, digər iyrənc başlıqlı xəbərləri də foto şəklində təqdim edirəm. Tədbir görməyin babalı səlahiyyət sahiblərinin boynuna.

    Elnurə Abuşova




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR