AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanda orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” layihəsi Neftçala rayonunda davam edir - FOTOLAR

  • + A
  • - A
  • 31-05-2024, 17:07

    “Azərbaycanda orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” layihəsi Neftçala rayonunda davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” adlı layihə fəaliyyətini davam etdirir.

    QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 29 may 2024-cü il tarixində Neftçala rayonunun Xol Qaraqaşlı kənd tam orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhəngiz Nəcəfova açıb və belə aktual mövzuda tədbirin keçirilməsini dəstəkləyib.

    Layihə rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı şagirdlərə paylanan “Orta məktəblərdə şagirdlərin uğurlu peşəyönümünə hazırlanması” adlı kitabçanı mütləq oxumalarını tövsiyyə edib. Qeyd edib ki, “əgər peşə seçiminizdə doğru qərarı vermək istəyirsinizsə, kitabçada təqdim olunan “səkkizbucaqlı” testi özünüzdə yoxlamalı və suallara düzgün cavablar verməlisiniz. Gələcək həyat yollarınızı müəyyənləşdirərkən hansı məsələlərə daha çox diqqət etməni, özünüzün bacarıq və qabiliyyətlərinizi düzgün qiymətləndirə bilmənizi, istəklərinizə uyğun qərar qəbul edə bilməniz üçün nə etməli olduğunuzu öyrənəcəksiniz.

    Yeniyetmə və gənclərin həyata hazırlanmasının əsas göstəricisi olan peşə seçiminin lazımı səviyyədə təşkili məqsədini özündə ehtiva edən Azərbaycan Respublikasında peşə təhsilinin İnkişaf Konsepsiyasında (2006) bu məramın reallaşdırılması vacibliyi irəli sürülmüşdür. Bu da Azərbaycanda ümumi orta və tam orta məktəblərdə uğurlu peşəyönümünə dəstək işinin səmərəli təşkilini aktuallaşdırır. Bu işdə həm valideynlərin, həm də müəllimlərin öhdəsinə böyük məsuliyyət düşür.

    Sonra şagirdlərin mövzu ilə bağlı fikirləri öyrənilib, müzakirələr aparılıb.

    Tədbirdə iştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları və “Orta məktəblərdə şagirdlərin uğurlu peşəyönümünə hazırlanması” adlı kitabça paylanıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR