AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək” layihəsinin icrasına start verilib - FOTOLAR

  • + A
  • - A
  • 3-06-2024, 09:22

    “Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək” layihəsinin icrasına start verilib - FOTOLAR

    “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Muğan bölgəsində pambıqçılığın inkişafına dəstək” adlı layihənin 01.06.2024-cü il tarixdən icrasına başlayıb. Layihə 3-ay fəaliyyət göstərərək Saatlı, İmişli rayonlarını əhatə edəcək.

    QHT.az xəbər verir ki, bu barədə İctimai birliyin sədri Vidadi Quliyev məlumat verib. Onun sözlərinə görə, “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Layihənin icrasında əsas məqsədi Pambıqçılığın inkişafına dəstək olaraq İmişli, Saatlı rayonlarının kəndlərində pambıqçılıqla məşğul olan fermerlərin sahələrdə yeni sortların, aqrotexniki-qaydalara düzgün rəayət edilməməsi, məhsul istehsalının və sentnerin aşağı düşməsi sorğu əsasında analiz edilərək məhs bu rayonların kəndlərində pambıqçılıqla məşğul olan fermerlər seçiləcək.

    Fermerlərin müəyyən edilməsi onların pambıqçılıq sahələrində yüksək məhsuldar və texnoloji keyfiyyətlərə malik olan yeni sortların əkilməsi, xəstəliklərə, zərərvericilərə, quraqlığa, duza davamlı, yarpaqlarını təbii olaraq tökən, yüksək yağ çıxımına malik, tezyetişən pambıq sortlarının əkilməsinin əhəmiyyəti izah ediləcək. Yeni pambıq sortlarının adlarının qeyd edilməsi tövsiyyə edilərək KTN-ə həmin Fermerlərə kömək məqsədi ilə Təkliflər Paketi hazırlanıb göndərilməsi nəzərdə tutulur.

    Seçilən Fermerlərin həmin proqramdan yararlanmaları təşəbbüslərinin dəstəklənməsinə dair yeni layihəyə start verildi. Fermerlərin Pambıqçılığı inkişaf etdirilməsi və təşviq edilməsi məqsədilə kəndlərdə tədbirlərin keçirilməsi pambıqçılığın gəlirli sahə olması texnologiyalar və aqrotexniki metodlar haqqında fermerlərə əyani vəsaitlərin, broşurların paylanması və.s layihə rəhbəri, layihə Eksperti tövsiyələr verilərək seminarlar, tədbirlər keçiriləcək. Layihə çərçivəsində Təşkilat rayon icra hakimiyyətinin əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzləri, Pambıqtəmizləmə zavodlarının nümayəndələri ilə əməkdaşlıq edərək layihənin uğurla başa çatmasına nail olacaq və fəaliyyət göstərəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR