"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun tədrisi baş tutub.
QHT.az xəbər verir ki, dərsdən öncə bu gün ilkin olaraq seçim turu baş tutub. Layihə heyəti və Anar müəllim hər bir iştirakçının dərzilik üzrə bacarıq və yaradıcılıq qabiliyyətini yoxlayaraq seçim edirdilər və seçim uğurlu olub. Seçimnən sonra dərslərimizə start verilib və iştirakçılar maraqla dərsi dinləyiblər.
Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.
Qeyd edək ki, kursu dərzi ixtisası üzrə fənn müəllimi Fərzəliyev Anar tədris edəcək. Hər kəsə uğurlar arzu edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.