AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllifi gizli saxlanılan "Qardaş olub Hayastan Azərbaycan" mahnısı - Kimdir sözlərin müəllifi?

  • + A
  • - A
  • 3-06-2024, 23:37

    Müəllifi gizli saxlanılan "Qardaş olub Hayastan Azərbaycan" mahnısı -  Kimdir sözlərin müəllifi?

    Sovet dövründə beynəlmiləlçilik istiqamətində görülən işlərdə xüsusilə canfəşanlıq edənlər incəsənət xadimləri, yazarlar, şairlər, ailmlər və yüksək vəzifə tutan məmurlar idi. Məclislərdə "qardaşlıq" barədə tost qaldıran bu sahənin nümayəndələri bilmirdilər ki, onların tərif etdikləri 1813-cü ildə bura köçürülən, dəfələrlə soyqırımlar törədən, babalarının qatilləri və tarixi torpaqlarımızda özlərinə qondarma dövlət quran millət idi. Bizim sevgi və inam hissi ilə dediyimiz xoş sözlər onların qəlblərində olan nifrəti və kini dəlib keçə bilmirdi. Nələr edilirdi nələr...xüsusilə
    Ermənistan SSR ( Zeynəb Xanlarova 1978-ci ildə Ermənistan SSR Xalq Artisti fəxri adını alıb) və Azərbaycan SSR -nin xalq artisti Zeynəb Xanlarovanın repertuarında olan erməni mahnısı "Nune" və "Qardaş olub Hayastan -Azərbaycan" mahnısı tez tez ifa edilirdi.

    Bəs bu mahnı necə yarandı ?

    Bu mahnının musiqisi erməni bəstəkar Andrey Avanes oğlu Babayevə aiddir. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirən Babayev 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. Bir çox mahnıların müəllifidir. Etiraf edək ki, onun Azərbaycanın bu gündə sevilərək dinlənilən mahnıları yenə də ifa edilir. Erməni olmasına baxmayaraq Azərbaycan musiqisinin inkişafında onun mahnılarının böyük rolu olub. Şövkət xanımdan tutmuş Rəşid müəllimə qədər onun bəstələri ifa edilib. Mərdlik olanı düz deməkdir.
    Sözlərinin İslam Səfərliyə aid olması deyilsə də, o 1974-cü ildə rəhmətə getdiyi üçün ehtimal azalır onun müəllif olmasına. Mahnı 1975-ci ildən sonrakı dövrə aiddir..
    Yaxşı kim yazıb bu sözləri ?
    Xalq şairi Bəxtiyar Vahabzadənin də adı hallanır müəllif olmaqda. Onun yaradıcılığına bələd adam kimi bu iddianın da ehtimallığına şübhəm var.
    Müəllif olmaqda iddia edilən
    Səməd Vurğun
    Süleyman Rüstəm
    Fikrət Qocanın da adı hallanır
    Bəzi iddialara görə Zeynəb xanım özü yazıb mahnı sözlərini.
    Mahnı sözlərinin müəllifi kimi Zeynal Xəlilzadənin də adı hallanır. Qeyd edim ki, onun "Qatır Məmməd" povesti əsasında eyniadlı film çəkilmişdir.

    Maraqlı olan isə niyə indiyə qədər bu mahnının sözlərini yazan şəxsin adı gizli saxlanılır? Nə var ki, burda ?
    Açıqlasın da bunu Mədəniyyət nazirliyi, Yazıçılar Birliyi ..
    Kimdən qorxursunuz ? Bu onsuz da sovet dövründə olub və bu gün də ittiham etmək yersizdir. Bəlkə də müəllifə təşəkkür düşür ki, "Hayastan" adı çəkir, Ermənistan adı yox. Çünki ermənilər bu sözləri dəyişib "Ermənistan" ediblər. O dövrdə Hayastan adı çəkmək özü də böyük cəsarət tələb edirdi.
    Müəllifin kimi olduğunu rəsmən bildirin ki, xalq bu qədər iddialar içərisində çaşıb qalmasın...

    Qeyd edim ki, bu mahnı eyni zamanda 1987-ci ildə Bakıda keçirilən qardaşlıq konsertində İlhamə Quliyeva, Elmira Rəhimova, İslam Rzayev, Nisə Qasımova və erməni müğənnilər ilə birgə də ifa edilib.
    Konsertdən əldə olunan məbləğ isə Gürcüstanda təbii fəlakətdən zərər çəkənlər üçün yaradılmış Fonda köçürülür..
    Zaur Aliyev , dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR