AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kitab Evi” İctimai Birliyi layihənin sonuncu tədbirini keçirib - FOTOLAR

  • + A
  • - A
  • 4-06-2024, 10:11

    “Kitab Evi” İctimai Birliyi layihənin sonuncu tədbirini keçirib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” adlı layihənin sonuncu tədbirini keçirib.

    QHT.az xəbər verir ki, tədbir 31 may 2024-cü il tarixində Bakı şəhəri Xətai rayonu, 265 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə iştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları və “Orta məktəblərdə şagirdlərin uğurlu peşəyönümünə hazırlanması” adlı kitabça paylanıb.

    Layihə rəhbəri Adilə Nəzərova öncə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə actual problemin həllinə kömək edəcək layihəni dəstəklədiyi üçün təşəkkür edib. Sonra mövzu ilə bağlı şagirdlərə maarifləndirici məlumatlar verib və texlini peşə təhsilini bitirib, uğur qazanan gənclərdən nümunələr gətirib. O, qeyd edib ki, şagirdlərin peşə seçmək marağının konkret olaraq neçə yaşdan başlandığını demək çətin olsa da müşahidələr göstərir ki, orta məktəb illərində şagirdlər bir neçə dəfə peşə seçmək, ixtisas təmayülünü müəyyənləşdirmə problemi ilə üz-üzə gəlirlər. Bunlar əsasən şagird ibtidai sinfi, sonra əsas məktəbi (9-cu sinif) və daha sonra isə orta məktəbi (11-ci sinif) qurtaran zaman baş verir.

    Onlar bir sıra sualların qarşısında fikirləşməli olurlar:

    Ümumtəhsil məktəbinin orta təhsil pilləsində təhsili davam etdirmək və ali təhsil almaq;
    Peşə məktəblərində və ya liseylərində oxumaq və peşə hazırlığına yiyələnmək;
    Orta ixtisas məktəblərinə daxil olmaq və peşə hazırlığı almaq;
    İşləmək və distant yolla tam orta təhsil almaq.
    Qeyd olunub ki, bu dövrlərdə şagirdlərin köməyə, ağıllı, inandırıcı məsləhətlərə daha çox ehtiyacı olur, onlara paylanan kitabça yuxarıdakı sualların cavabının həllini düzgün tapmaqda kömək edəcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR