Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda orta məktəblərdə uğurlu peşəyönümünə dəstək” adlı layihə fəaliyyətini davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 30 may 2024-cü il tarixində Bakı şəhəri Yasamal rayonu, A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə keçirilib.
Layihə rəhbəri Adilə Nəzərova layihənin məqsədi mövzu ilə bağlı maarifləndirici tədbirlər keçirməkdir. Müasir dövrdə şagirdlərin peşəyönümünə dəstək onların psixofizioloji xüsusiyyətlərini, imkanlarını, marağını, bacarıq və qabiliyyətlərini nəzərə almaqla, gələcək həyat yollarını – peşə, təhsil və ixtisas növü seçmələrini müəyyənləşdirməkdə onlara edilən kömək prosesidir. Başqa sözlə desək, şagirdlərin peşəseçməyə hazırlanması məqsədinə yönəlilmiş mütəşəkkil təlim-tərbiyə prosesidir. Ona görə mütəşəkkil ki, bu prosesdə şagirdin istəyi ilə birgə, Azərbaycan ənənəsinə uyğun olaraq, ailənin yaşlı nümayəndələri və ya valideynlərin məsləhəti və müəllimlərin tövsiyyəsi də üst-üstə düşməlidir. Seçimdə bunların hər üçü nəzərə alınır, amma bütün hallarda düzgün qərar qəbul edə bilmək üçün həyata atılmağa hazırlaşan gəncin yolunu özünün bilik və bacarıqlarına uyğun seçə bilməsi mühümdür.
Sonra şagirdlərin mövzu ilə bağlı fikirləri öyrənilib, müzakirələr aparılıb. Tədbirdə iştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları və “Orta məktəblərdə şagirdlərin uğurlu peşəyönümünə hazırlanması” adlı kitabça paylanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.