Reqlamentin razılaşdırılması ilə bağlı danışıqlar konstruktiv şəkildə davam edir.
Bu barədə Ermənistan baş nazirinin müavini, Sərhəd Demarkasiyası Komissiyasının sədri Mher Qriqoryanın ofisi açıqlayıb.
Qriqoryanın ofisi həmçinin İrəvan və Bakının iyulun 1-dək sərhədin demarkasiyası prinsiplərini təsbit edən sənəddə niyə razılığa gəlmədiyini izah edə bilməyib: "Reqlamentin uyğunlaşdırılması üzrə danışıqlar konstruktiv şəkildə davam edir və onların yaxın gələcəkdə, sonra isə anklavlar və eksklavlar daxil olmaqla, sərhədin qalan hissələrinin demarkasiyasına keçməklə başa çatdırılması planlaşdırılır".
Müxalifətin “Mənim namusum var” fraksiyasının katibi Tiqran Abramyan hesab edir ki, indiki mərhələdə sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsi ilə bağlı danışıqlar məxfilik baxımından misilsizdir. O vurğulayır ki, bəzi epizodlar ermənilərə ya Azərbaycan rəsmilərindən, ya da vasitəçi ölkənin rəsmisindən məlumdur: "Təbii ki, bu şəraitdə sərhədlərin demarkasiyası prosesini, xüsusən də mürəkkəb, problemli və nüanslı məsələni nəzərə alanda Ermənistan hakimiyyəti mümkün qədər informasiyanı tamamilə bağlayır.
Azərbaycan açıq-aşkar tələblər qoyub və Ermənistan hökuməti bunu delimitasiya prosesi altında gözəl ifadələrlə qablaşdırıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.