"Qarabağ" - "Roma" oyununun ən yaxşı futbolçuları müəyyənləşdi
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasında keçirilən oyunun ən yaxşı futbolçuları müəyyənləşib.
"Report" xəbər verir ki, media nümayəndələri arasında aparılan səsvermənin nəticəsinə əsasən "Qarabağ"dan Pedro Enrike, "Roma"dan isə Edin Dzeko ən yaxşı seçiliblər.
Qeyd edək ki, "Roma"nın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə E.Dzeko 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. P.Enrike isə 28-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.