Tramp Fətullah Gülənin ekstradisiyasına qərar verdi
ABŞ prezidenti Donald Tramp FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına qərar verib.
“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri artıq qanuni yollara baş vurulması üçün müvafiq orqanları təlimatlandırıb.
FBI, ABŞ Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi Gülənin ekstradisiyası üçün qanuni yolları araşdırır.