Yekaterinburqdan Dubaya uçan Ural Hava Yollarına məxsus təyyarə sərnişinin özünü pis hiss etməsi səbəbindən uçuş hava limanına qayıdıb.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
"Yekaterinburq - Dubay (Əl-Maktum) marşrutu üzrə U6-737 reysini həyata keçirən "Airbus A320" qadın sərnişinin səhhətinin pis olması səbəbindən 1 saat 10 dəqiqədən sonra Koltsovoya qayıdıb", - deyə məlumatda bildirilir.
Qadın həkimlərin tövsiyəsi ilə uçuşdan çıxarılıb, təyyarə yenidən uçuşa hazırlaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.