ROMA PAPASINDAN ŞAD XƏBƏR: "SƏHHƏTİ YAXŞILAŞIR"
Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk barədə sevindirici xəbər gəlib.
AzadMedia.az xəbər verir ki, Vatikanın mətbuat xidmətinin xəbərinə görə, Pnevmoniyadan müalicə olunan Papa Fransisk özünü yaxşı hiss edir.
Məlumatda bildirilib ki, son günlər ortaya çıxan yüngül böyrək çatışmazlığı artıq müşahidə olunmur. Pontifikin döş qəfəsinin KT müayinəsi nəticəsində pnevmoniya ilə bağlı yeni problem aşkar edilməyib. Həmçinin qan analizi də onun vəziyyətinin yaxşılaşdığını təsdiqləyib.
Son 4 gündür, Roma Papası Fransiskin vəziyyətinin ağır olaraq qaldığı bildirilirdi.
88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.
Bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Son görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.