AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP-31-ə Antalyanın namizədliyi irəli sürülüb

  • + A
  • - A
  • 25-06-2025, 20:30

    COP-31-ə Antalyanın namizədliyi irəli sürülüb

    Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.

    Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.

    Sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.

    Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR