AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NƏQLİYYATDA SÜNİ İNTELLEKT MÜSABİQƏSİ

  • + A
  • - A
  • 27-01-2022, 12:18

    NƏQLİYYATDA SÜNİ İNTELLEKT MÜSABİQƏSİ
    Nəqliyyatda Süni İntellektlə Minimum Risk Maksimum Təhlükəsizlik

    TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil edilən Nəqliyyatda Süni İntellekt Müsabiqəsində iştirak etmək üçün müraciətlərin verilməsinə başlanılır. Bu il CEZERİ, TÜBİTAK və ASELSAN-ın rəhbərliyi ilə keçirilən müsabiqədə bütün nəqliyyat növlərini daha təhlükəsiz və ağıllı edən süni intellekt texnologiyaları və gələcəyə daha sürətlə irəliləyən yeni nəsil ağıllı nəqliyyat sistemləri işlənib hazırlanır.


    Bir Müsabiqədən Daha Üstün
    Müsabiqə çərçivəsində tələbələr süni intellektə əsaslanan obyektin aşkarlanması sistemi ilə uçan avtomobillərin kamera məlumatlarından istifadə edərək nəqliyyat vasitələrini və insan əşyalarını aşkar edirlər. Orta məktəb, universitet tələbələri və məzunların fərdi və ya komanda şəklində iştirak edə biləcəyi müsabiqə üçün son müraciət tarixi 28 fevraldır. TEKNOFEST çərçivəsində müxtəlif kateqoriyalar üzrə təşkil edilən Texnologiya Müsabiqələri tələbələrin texniki bacarıqlarını təkmilləşdirməklə yanaşı, vəzifə və məsuliyyət daşıma şüurlarını da artırır. Müsabiqə meydançalarında komanda şəklində işləmək ruhunu daha səmərəli qaydada öyrənən tələbələr də öz səyləri sayəsində nüfuzlu mükafatlar qazanırlar. Nəqliyyatda Süni İntellekt Müsabiqəsində özlərinin enerji və səylərini müsabiqə meydançasında nümayiş etdirən iştirakçılara Ən Yaxşı Komanda Ruhu Mükafatı da verilir. Bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən və daha yüksək yer tutan komandaları isə ümumilikdə 120 min TL-lik mükafat gözləyir.
    Teknofestdə Mükafatlar
    TEKNOFEST Texnologiya Müsabiqəsi çərçivəsində 5-7 Avqust 2022-ci il tarixlərində Trabzonda keçiriləcək Nəqliyyatda Süni İntellekt Müsabiqəsində yüksək yer tutan komandalar mükafatlarını 30 Avqust-4 Sentyabr 2022-ci il tarixlərində Samsun şəhərinin Çərşənbə Hava Limanında keçiriləcək TEKNOFEST-də alacaqlar.


    2) ÜFÜQDƏ TÜRK KƏŞFİYYATI VAR

    Milli Gəmimiz Dünya Gündəmindədir!
    Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk prezident Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxıldı. Bu xəbər dünyanın aparıcı hərbi müdafiə üzrə nəşrlərində geniş işıqlandırıldı. Türkiyənin bu sahədə ilk 10 ölkə sırasına daxil olduğu bildirildi.
    Türkiyənin ilk tcg “üfüq” kəşfiyyat gəmisi, milli və yerli avadanlıqları ilə ingilisləri, fransızları və çinliləri qısqanmağa məcbur etdi!
    45 Gün Dənizdə
    İngiltərənin Jane's Defence, "TCG Ufuk gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər" deyərkən, Çinin Xinhua rəsmi xəbər agentliyi, "Türkiyə belə bir gəmiyə sahib dünyanın 10 ölkəsindən biri oldu" ifadələrinə yer verdi. Fransanın Navalnews nəşri isə gəminin texniki xüsusiyyətlərinə diqqət yetirmişdir.

    PREZİDENT Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxılan TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqlarını Aselsan yerinə yetirmişdir.



    3) BÖYÜK ŞƏHƏR AĞILLI ŞƏHƏRSALMA ÜZRƏ ÖZ MARAQLI TƏRƏFLƏRİNİ BİR ARAYA GƏTİRDİ

    Ağıllı Şəhərsalma sahəsində nümunəvi işlər həyata keçirən Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən ASELSAN ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Konya Ağıllı Şəhər Strategiyası və Yol Xəritəsi” işləri çərçivəsində “Maraqlı Tərəflərin Hədəf Qrupunun Görüşləri” keçirilmişdir. 3 gün ərzində 16 ayrı-ayrı iclaslarda davam edən toplantılarda maraqlı tərəflərin rəy və təklifləri qəbul edilmişdir. Konya Böyükşəhər Bələdiyyəsinin ASELSAN ilə birlikdə başlatdığı "Konya Ağıllı Şəhər Strategiyası və Yol Xəritəsi" işləri çərçivəsində Ağıllı Şəhərsalma sahəsində fəaliyyət göstərən maraqlı tərəflər bir araya gəldilər. Səlcuklu Konqres Mərkəzində keçirilən “Maraqlı Tərəflərin Hədəf Qrupu Toplantıları”nda Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən müəyyən edilən “16 Ağıllı Şəhər Tətbiqləri” başlıqları altında; maraqlı tərəflərin qurumları, bələdiyyələr, universitetlər, palatalar və birliklərin iştirakı ilə 16 xüsusi iclaslar keçirilmişdir. Nazirlik tərəfindən, Konya Böyükşəhər Bələdiyyəsi və ASELSAN rəsmilərinin iştirakı ilə 3 gün davam edən görüşlərdə maraqlı tərəflərin rəy və təklifləri qəbul edilmiş, toplantıların son günündə iştirakçılara məlumatlandırıcı təqdimatlar edilmişdir. Ötən ilin sentyabr ayında ASELSAN-ın təşəbbüsü ilə start verilən "Konya Ağıllı Şəhər Strategiyası və Yol Xəritəsi" üzrə tədbirlər çərçivəsində Konya Böyükşəhər Bələdiyyəsi ilə birlikdə şəhərdə xidmət göstərən bütün qurumların fəaliyyətlərinin ağıllı şəhər sahəsində müəyyən bir planlaşdırma və əməkdaşlıq formasında həyata keçirilməsi məqsədini daşıyır.





    4) ANTARKTİDA ELMİ EKSPEDİSİYA KOMANDASI YOLA DÜŞDÜ

    Komandanın yer və biologiya elmləri kimi müxtəlif sahələrdə 14 layihə çərçivəsində həyata keçirəcəyi tədqiqatlar zamanı “Milli Texnologiya Hərəkatı” ruhunda yerli imkanlarla işlənib hazırlanmış bir çox texnoloji məhsullar da sınaqdan keçiriləcəkdir. 6-cı Beynəlxalq Antarktida Elmi Ekspedisiyasında iştirak edəcək 20 nəfərdən ibarət komanda İstanbul hava limanından yola salındı. Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Təşkilatının (TÜBİTAK) MAM Qütb Tədqiqatlar İnstitutunun əlaqələndirilməsi ilə Antarktidaya dair tədbirlər çərçivəsində, yeni layihələr və yeni iştirakçılar ilə həyata keçirilən 6-cı Beynəlxalq Antarktida Elm Ekspedisiyasının komandası saat 14.10-da Türk Hava Yollarının təyyarəsi ilə İspaniyanın paytaxtı Madridə yola düşdülər. Komanda, buradan 4 dəfə təyyarə dəyişmədən sonra Antarktidaya çatacaqdır. Ekspedisiya komandasını hava limanından TÜBİTAK-ın prezidenti Prof. Dr.Hasan Mandal, ekspedisiyanın əlaqələndiricisi Prof. Dr. Burcu Özsoy və TÜBİTAK MAM Qütb Tədqiqatlar İnstitutunun tədqiqatçıları yola saldılar. Təxminən 1,5 ay davam edəcək ekspedisiyada Kovid - 19 qarşı tədbirlər səbəbindən Santyaqo və Puerto Uilliamsda karantində qalacaq komanda, Ağ Qitənin çətin şəraitlərində elmi tədqiqatlarını başa vuracaqdır.

    Komanda 14 Layihə Çərçivəsində Təfərrüatlı Tədqiqatlar Aparacaqdır
    2017-ci ildən Türkiyədə təşkil edilən Beynəlxalq Qütb Elmi Ekspedisiyaları Prezidentliyin himayəsi, Sənaye və Texnologiya Nazirliyinin öhdəliyi və TÜBİTAK MAM Qütb Tədqiqatları İnstitutunun koordinasiyası ilə həyata keçirilir. Ekspedisiya komandası geologiya və biologiya kimi müxtəlif sahələrdə 14 layihə çərçivəsində əsaslı surətdə tədqiqatlar aparacaqdır. Sözügedən layihələr 29 qurumla əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir. Ekspedisiya komandasında Portuqaliya və Bolqarıstandan olan bir tədqiqatçı da iştirak edəcəkdir. Anadolu Agentliyi də öz yayımları vasitəsilə ekspedisiya komandasının işi və sərgüzəştləri barədə məlumatları bizlərə çatdıracaqdır.

    Ekspedisiyaya “Milli Texnologiya” Damğası
    TÜBİTAK SAGE məhsulunun istilik batareyaları uzunömürlü saxlama müddəti, texniki qulluq tələb etməməsi, qısa müddətdə yüksək enerji təchizatı, sürətlə işə düşməsi, enerjinin öz-özünə tükənməməsi, yüksək etibarlılığı, geniş işləmə temperaturu diapazonu, sərt ətraf mühit şəraitə davamlılığı sayəsində istifadə olunduğu əksər sahələrdə alternativlərindən üstündür.
    ASELSAN tərəfindən işlənib hazırlanmış Portativ Hibrid Enerji Dəstəyi Bloku iki nəfər tərəfindən quraşdırıla bilər, sistemlərin fasiləsiz işləməsi üçün yüksək səmərəli günəş panelləri ilə enerji istehsal edir. Bu texnologiya elektrik infrastrukturunun olmadığı Antarktidada türk alimlərinə enerjinin verilməsini təmin edəcəkdir.
    TÜRKSAT tərəfindən işlənib hazırlanmış INMARSAT peyk operatoru ilə quruda, havada və dənizdə mobil və sabit platformalara telefon və internet xidmətləri göstərilə bilər. 1SATPHONE 2 peyk telefonu ilə dünyanın istənilən yerindən telefon əlaqəsi yaradıla bilər. Eyni zamanda, fövqəladə vəziyyətlərdə onu bir düymə ilə bir yerə göndərə və yardım istəyə bilərsiniz.
    Bizi tənqid edənlərin səsi kəsildi
    Sənaye və Texnologiya Naziri Mustafa Varank, bəzi insanların milli kosmos proqramı haqqında danışarkən görülən işləri aşağılamağa çalışdıqlarını ifadə edərək, “Amma biz onların münasibətlərinə öyrəşmişik. Artıq təəccüblənmirik. Biz məqsədlərimizə bir-bir çatanda onların səsi kəsildi” dedi.
    Sənaye və Texnologiya naziri Mustafa Varank Türkiyə Elmi və Texnoloji Tədqiqatlar İnstitunun (TÜBİTAK) rəhbərlik binasında keçirilən 6-cı Beynəlxalq Antarktida Elmi Ekspedisiyasında İstifadə olunacaq Milli Texnologiyaların Təqdim və Təslim Edilməsi Mərasimində iştirak etmişdir.
    Nazir Varank burada etdiyi öz çıxışında qitənin gələcəyində söz sahibi olmağı və Antarktika Razılaşmaları sistemində "Məsləhətçi ölkə" statusunu qazanaraq Antarktidada Türk bayrağını dalğalandırmağı hədəfə aldıqlarını ifadə etdi.
    Qütblərin təbii laboratoriya olduğunu bildirən Varank, qütblərin dünyanın keçmişinə və bu gününə işıq tuta biləcək bir quruluşa sahib olduğunu ifadə etdi.
    Varank, qütblərdə ediləcək hər bir kəşf; təbiətin, canlıların və yer kürəsinin dərk edilməsi baxımından çox qiymətli olduğunu dilə gətirərək, “Ona görə də bütün dünya üçün maraqlı nəticələri ola biləcək bu tədqiqatların başında ölkəmizin olması ilə həqiqətən fəxr edirik” dedi.
    Nazir Varank, qütb tədqiqatçılarının ekspedisiyayagöndərildiyi kimi yaxın gələcəkdə də kosmosda tədqiqatları həyata keçirəcək insanları kosmosa göndərəcəklərini ifadə edərək dedi:
    "Biz buna inanırıq. Biz bu gələcək perpektivi irəli sürdüyümüzdə, milli kosmik proqramından danışanda, minlərlə insan onu öz üslublarında aşağılamağa çalışırlar. Lakin biz onların belə münasibətlərinə alışmışıq. Artıq təəccüblənmirik. Vaxtilə onlar PUA`lar üçün, TOGG üçün, Turcom`lar üçün də həmişə eyni münasibətləri nümayiş etdirmişlər. Amma məqsədlərə bir-bir nail olduqca səsləri kəsildi. Bu səbəbdən, biz onun dediklərinə fikir verməyəcəyik, diqqətimizi öz işlərimizə yönəldəcəyik. Biz ölkəmizin elm və texnologiya yarışında həmişə ön sıralarda olması üçün səylər göstərəcyik".
    Nazir Varank, Milli Texnologiya Hərəkatı ruhu ilə hazırlanmış bir çox texnoloji məhsulların və yerli qurğuların sınaqdan keçirilməsi üçün ekspedisiya qrupunun istifadəsinə verdiklərini söylədi.
    Nazir Varank qütblərdə görülən işlərin çox mürəkkəb hava şəraitində aparıldığını xatırladaraq dedi: "Bu səbəbdən, həm komandanın təhlükəsizliyi, həm də işlərin keyfiyyəti nöqteyi-nəzərindən burada istifadə ediləcək texnika və avadanlıqların mükəmməlliyi çox vacibdir. Əgər siz avadanlıqların təchiz edilməsində xaricdən asılısınızsa, işlərin davam etdirilə bilməsi risk altında ola bilər. İlk növbədə, bunlar yüksək texnologiyalı məhsullardır. Daim xaricdən satın aldığınız zaman ciddi bir maliyyə xərcləri yaranır " dedi.
    Sözügedən texnoloji vasitələrin yüksək xərclərindən daha əhəmiyyətli olan məsələnin, bu texnoloji məhsulların tədarük edildiyi yerdən çox asan bir şəkildə tədarükünü dayandıra biləcəklərini ifadə edərək, “Müdafiə sənayesi başda olmaqla, biz belə yanaşmanı bir çox sahədə şəxsən yaşadıq. Qütb tədqiqatları həm istehsal edilə biləcəyi iqtisadi dəyər, həm də elmi nüfuz baxımından böyük potensiala malikdir. Bu səbəbdən, burada da gərgin bir beynəlxalq rəqabət mövcuddur. İndi biz də, burada ölkəmizin "Bu sahədə mən də varam" iddiasının gücləndirilməsi üçün qütb tədqiqatlarımızı milli texnologiya perspektivlərimizlə birləşdiririk.
    Nazir Varank, nitqinin ardından Elmi Ekspedisiyanın Əlaqələndiricisi Prof. Dr. Burcu Özsoya milli texnologiyaları təslim etdi Mərasim, xatirə şəklinin çəkdirilməsi ilə başa çatdı.
    Yanvarın 22-də yola düşəcək 6-cı Beynəlxalq Antarktida Elmi Ekspedisiyasında istifadə ediləcək milli texnologiyaların təqdim və təslim edilməsi mərasimə nazir Varank ilə birgə Ankara şəhərinin başçısı Vasip Şahin, TÜBİTAK-ın prezidenti Prof. Dr. Haşan Mandal və Elmi Ekspedisiyanın Əlaqələndiricisi Prof. Dr. Burcu Özsoy da qatıldılar.


    5) TÜRKİYƏ MÜDAFİƏ SƏNAYESİ İXRAC EKSPEDİSİYASINA BAŞLAYIB

    Türkiyə müdafiə sənayesi yeni ixrac imkanları üçün bu il 8 beynəlxalq sərgidə “milli iştirak”ı təmin edəcək.
    Rəyasət Heyətinin Müdafiə Sənayesi Başçısı İsmail Dəmir müdafiə sənayesində ixracın bir çox amillərin birləşməsi və uzun illər davamlı müşahidəsi ilə mümkün olduğunu söylədi.
    Beynəlxalq yarmarkalarda iştirakın və bu yarmarkalarda istedadların nümayiş etdirilməsinin göstərilən səylərin bir hissəsi olduğunu bildirən Dəmir, son illərdə Covid-19 epidemiyasına görə bir çox yarmarkanın təxirə salındığını xatırladıb. Epidemiyanın təsirlərinin azaldılması ilə yarmarka cədvəllərinin normallaşmağa başladığını ifadə edən Dəmir, Türk şirkətlərinin də Prezidentliyin rəhbərliyi altında bir sıra yarmarkalarda “milli iştirak”ı təmin edəcəyini bildirdi. İsmayıl Dəmir dedi:
    ‘’Müdafiə və aviasiya sənayemiz keçən ili 3 milyard 224 milyon dollarlıq yeni ixrac rekordu ilə başa vurdu. Bu il hədəfimiz 4 milyard dolları keçməkdir. Sektor ilə etdiyimiz qiymətləndirmələrə uyğun olaraq, bu hədəfə çatmaq yolunda strateji əhəmiyyətli gördüyümüz coğrafiyalarda tanınmaq üçün müəyyən etdiyimiz yarmarkalarda milli iştirakı təmin etməyə qərar verdik. Onlarla şirkətlə 8 fərqli ölkəni ziyarət edib, məhsullarımız və imkanlarımız haqqında sizə məlumat verəcəyik. Bir çox şirkətimiz malik olduqları bacarıqlar ilə fəaliyyət sahələrində dünyanın qabaqcıl şirkətləri arasında öz yerini tutmağa başlayıb artıq. Bu istedadları kommersiya uğuruna çevirmək və ölkəmizə valyuta qazandırmaq üçün ixraca yönəlik səylərimizi bundan sonra da artıracağıq”.
    Türk məhsulları qitələr arasında səyahət edəcək
    Görülən hazırlıqlar çərçivəsində türk şirkətləri 21-23 mart tarixlərində keçiriləcək DIMDEX 2022 Sərgisi üçün Qətərə yola düşəcək. Türkiyə bu il də Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgi və Konfransında güclü iştirakını təmin edəcək. Türk müdafiə sənayesi şirkətləri yarmarka çərçivəsində zirehli texnika, gəmi və qayıqlar, pilotsuz uçuş aparatları ixrac etdikləri bu ölkədə və Körfəz bölgəsində yeni əməkdaşlıq təşəbbüsləri ilə çıxış edəcəklər. Sektorun mart ayının son günlərindəki dayanacağı Malayziyada Asiya Müdafiə və Təhlükəsizlik Sərgisi olacaq (DSA 2022). Ötən illərdə türk şirkətləri Malayziyada əməkdaşlıq üçün müxtəlif sazişlər və anlaşma memorandumları imzalamışdı. Şirkətlər Malayziyada başda Türk Aerokosmik Sənaye A.Ş.-nin iştirak etdiyi 18 yüngül hücum təyyarəsi tenderində yeni öhdəliklər götürməyi hədəfləyir.
    Türkiyə müdafiə sənayesi 5-10 aprel tarixlərində Cənubi Amerika regionunun ən böyük müdafiə və təhlükəsizlik sərgisi olan FIDAE 2022 üçün Çiliyə səfər edəcək. Türk şirkətləri Çili başda olmaqla Argentina, Braziliya, Kolumbiya və Peru kimi region ölkələri üçün əməkdaşlıq və marketinq imkanlarını dəyərləndirməyə çalışacaq.
    Sentyabrın 6-8-də keçirilməsi planlaşdırılan Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX) bu il də güclü iştirak təmin olunacaq. Türkiyənin son illərdə ən böyük iştirakçısı olduğu ADEX Cənubi Qafqaz və Orta Asiya regionunun ən əhəmiyyətli müdafiə sənayesi sərgiləri sırasındadır. İlin qalan hissəsində sənaye 21-25 sentyabrda Cənubi Afrikada Afrika Aerokosmik və Müdafiə Sərgisində, 2-5 noyabrda İndoneziyada Beynəlxalq İndoneziya Müdafiə Sərgisində və 15-19 noyabrda Pakistanda İDEAS 2022 sərgisində iştirak edəcək.
    İl ərzində Filippinin paytaxtı Manilada keçiriləcək Asiya Müdafiə və Təhlükəsizlik Sərgisində Türkiyə müdafiə sənayesi də iştirak edəcək. Bu yaxınlarda Filippin Türkiyədən 6 ədəd Atak helikopteri alıb, həmçinin ASELSAN, Makine ve Kimya Endüstrisi AŞ kimi türk şirkətlərindən müxtəlif müdafiə sənayesi məhsulları və avadanlıqları tədarük edir. Sərgi həm də region ölkələrində tanınmaq üçün imkanlar təqdim edir.
    Türk şirkətləri “milli iştirak”la yanaşı, onlar üçün vacib hesab etdikləri ölkələrdə müxtəlif yarmarka və tədbirlərə qatılacaq, ixrac imkanları üçün səy göstərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR