Münhen hava limanı dronlara görə fəaliyyətini dayandırıb
Münhenin hava limanı (Almaniya - red.) hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırıb.
Bu barədə hava limanının saytında dərc olunmuş məlumatda deyilir.
"Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi yerli vaxtla saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatı müşahidə edildiyinə görə onları tamamilə dayandırıb", - məlumatda deyilir.
Qeyd olunur ki, insident nəticəsində 17 reys dayanıb. Fasilə 3 000-ə yaxın sərnişinə təsir edib.
Gələn 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurt limanlarına yönləndirilib.