Venesuelalı diplomat: ABŞ hesablarımızı dondurub, Vaşinqtonu tərk edə bilmirik
ABŞ hakimiyyəti Venesuela diplomatik nümayəndəliyinin hesablarını dondurub.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada deyib.
“Bizim hətta heyətin məvaciblərini verməyə belə imkanımız yoxdur”, – deyə Monkada əlavə edib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri hətta “öz öhdəliklərini də pozur”.
“Bizim bütün hərəkətlərimiz 25 mil (40 km) radiusunda məhdudlaşdırılıb”, – Monkada belə deyib.
O qeyd edib ki, hazırda Vaşinqtonu tərk etməsinə də əngəl törədilir.