AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı

  • + A
  • - A
  • 20-08-2019, 10:19

    Gülnarə Kərimovaya qarşı daha bir neçə cinayət işi açıldı

    Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni cinayət işləri açılıb.

    “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. Gülnarə Kərimova dövlət vəsaitlərinin oğurlanmasında, ölkə maraqlarına zidd olan müqavilələr imzalamaqda ittiham edilir. Bundan başqa o, aşağı qiymətlərlə iki sement zavodunun səhmlərini əldə etməkdə günahlandırılır.

    Kərimovaya qarşı irəli sürülmüş növbəti ittiham aktında onun dələduzluq yolu ilə başqalarının iri həcmdə əmlakını mənimsədiyi deyilir. İstintaq materiallarına əsasən, Gülnarə müxtəlif şirkətlərin sahiblərinə və vətəndaşlarına güc tətbiq edərək onları öz mülklərini ona məxsus şirkətə satmağa məcbur edib.

    Qeyd edək ki, 2015-ci ilin avqustunda Kərimova 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu vergidən yayınmaqda, oğurluqda, ofşor şirkətlərin sənədlərinin məhv edilməsində günahkar bilmişdi. Daha sonra ona qarşı dələduzluq, xarici valyutaların gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham irəli sürülmüşdü.

    2015-ci ilin dekabrında Gülnarəyə daha 10 il həbs cəzası verilmiş, yarım il sonra isə bu cəza 5 ilə endirilmişdi. Ona yaşadığı evi tərk etmək, əlaqə vasitələrindən istifadə qadağan olunmuşdu. Ancaq bir neçə ay sonra Kərimova bu tələbləri pozmuşdu.

    2019-cu ilin əvvəlində onu ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR